Əfqanıstanda avtobus partladıldı: Ölənlər var (YENİLƏNİB)

Əfqanıstanda avtobus partladıldı: Ölənlər var (YENİLƏNİB)
Əfqanıstanın Məzari-Şərif şəhərində avtobusun keçidi sırasında yol kənarında bombanın partlaması zamanı 7 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Bu barədə Əfqanıstanın Bəlx vilayətinin təhlükəsizlik xidmətinin nümayəndəsi Məhəmməd Asif Vəziri deyib.
***10:14
Əfqanıstanın şimalında törədilən terror aktı nəticəsində azı 5 nəfər həlak olub.
Xarici KİV xəbər verir ki, partlayış Bəlx vilayətinin mərkəzi olan Məzari-Şərif şəhərində avtobusa quraşdırılmış bombanın işə düşməsi nəticəsində baş verib.
Hadisənin baş vermə səbəbi araşdırılır.  
Gundelik-Baku.Org