İsrail NATO vasitəsilə Ukraynaya yardımları artırdı

İsrail NATO vasitəsilə Ukraynaya yardımları artırdı
İsrail NATO vasitəsilə Ukraynaya kəşfiyyat yardımını artırıb. 
Xarici KİV xəbər verir ki, buna səbəb İranın Rusiyaya tədarük etdiyi hərbi yardımlar olub. 
"İranın pilotsuz təyyarələr tədarükü və Rusiya ilə hərbi əməkdaşlığı genişləndirmək qərarı Tehranın strateji səhvidir və İsrail-NATO münasibətlərinə müsbət töhfə verir", - məlumatda deyilir. 
İranın münaqişəyə müdaxiləsindən əvvəl İsrail hökuməti Kiyevə hər hansı hərbi yardım göstərməkdən inadla imtina edib, özünü humanitar yardımla məhdudlaşdırıb.
Gundelik-Baku.Org