Türkiyədə meşə yanğını olub

Türkiyədə meşə yanğını olub
Türkiyənin Beykoz bölgəsinin Riva rayonunda meşə yanğını baş verib. 
Türkiyə KİV-ləri xəbər verir ki, yanğını görən vətəndaşlar xilasetmə və polis qruplarına xəbər verib.
Bundan sonra əraziyə Beykoz, Bozhane və Riva xilasediciləri ilə Meşə Region Müdirliyi qrupları cəlb olunub. Yanğın yanğınsöndürənlərin müdaxiləsindən sonra nəzarət altına alınıb. 
Yanğının səbəbi hələlik məlum deyil. 
Gundelik-Baku.Org