Rusiyada hərbi helikopterlər partlayış nəticəsində sıradan çıxdı

Rusiyada hərbi helikopterlər partlayış nəticəsində sıradan çıxdı
Rusiyanın Pskov vilayətində hərbi aerodromda baş verən partlayışlardan sonra iki ədəd "Ka-52" helikopteri zədələnib.
Rusiya KİV-ləri xəbər verir ki, hadisə oktyabrın 30-da axşam saatlarında Ostrovski rayonundakı helikopter meydançasının ərazisində baş verib. 
Ümumilikdə üç partlayışdan sonra təmir üçün orada olan 2 helikopter sıradan çıxıb. 
Partlayışların səbəbi hələlik məlum deyil. 
Gundelik-Baku.Org