İstanbulda metroda yanğın oldu

İstanbulda metroda yanğın oldu
İstanbulun mərkəzində, metronun Haliç stansiyasında yanğın baş verib və qatarların hərəkəti dayandırılıb.
NTV telekanalı xəbər verir ki, "Qızıl Buynuz” boğazının metro körpüsündə yerləşən stansiyanın elektrik kabelləri yanıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər.
Vəziyyətlə əlaqədar Taksim və Hacıosman stansiyaları arasındakı M2 xəttində qatarların hərəkəti dayandırılıb.
Gundelik-Baku.Org