Türkiyənin Kocaeli vilayətində dəhşətli yanğın

Türkiyənin Kocaeli vilayətində dəhşətli yanğın
Türkiyənin Kocaeli vilayətinin Körfəz rayonunda plastik sexində yanğın baş verib. Alov onun yanındakı fabrikə sıçradığından bölgəyə sövq olunmuş yanğınsöndürənlər yanğına müdaxilə edir. Saat 15.30 radələrində Körfəz rayonunun Barbaros məhəlləsində, Petrol küçəsində yerləşən plastik məmulat sexində yanğın baş verib. Sexdə alov qısa müddətdə böyüyərək hər tərəfi bürüyüb. Bölgəyə yanğınsöndürənlər sövq edilsə də, yanğın geniş əraziləri əhatə etmişdir. İşçilər yanğın ərazisindən təxliyə edilsələr də, alov küçədə dayanmış avtomobillərə və onun yanındakı maşın istehsal edən fabrikə keçib. Xəbər də o da qeyd olunur ki, yanğın irimiqyaslı olduğu üçün təhlükəli şəraitlər yaradır. Havanın küləkli olması isə yanğının söndürülməsinə mane olur.
Yanğın ərazisinə çoxlu sayda yanğınsöndürən texnikalar cəlb olunsa da hələlik yanğını söndürmək mümkün olmayıb.
Gundelik-Baku.Org