Rusiyada güclü zavod yanğını

Rusiyada güclü zavod yanğını
Rusiyanın Altay diyarının Barnaul şəhərində təkər istehsalı zavodu yanır.
Rusiya KİV-ləri xəbər verir ki, yanğının miqyası çox böyük olduğundan onun söndürülməsinə 110 nəfər və 33 yanğınsöndürən maşın cəlb olunub. Yanğın sahəsi min kvadratmetrə yaxındır. 
Məlumata görə, ölən və yaralanan yoxdur. 
Məlum olub ki, əvvəlcə yanğın təkər istehsalı zavodunun sexlərindən birində baş verib. Lakin yanğınsöndürənlər hadisə yerinə gələnə qədər yanğın artıq 4 mərtəbəli binanı bürüyüb.
Hazırda yanğının söndürülməsi davam edir. 



Gundelik-Baku.Org