Sabunçuda köşk yandı

Sabunçuda köşk yandı
Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonda ümumi sahəsi 20 m² olan taxta konstruksiyalardan ibarət köşk və içərisində hər birinin tutumu 50 litr olan 2 ədəd məişət qaz balonu yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gundelik-Baku.Org