Bayden Ukrayna münaqişəsinin necə bitəcəyini şərh etdi

Bayden Ukrayna münaqişəsinin necə bitəcəyini şərh etdi
"Ukrayna münaqişəsi yalnız Rusiya qüvvələrinin çıxarılması ilə bitə bilər".
TASS xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.  
Onun sözlərinə görə, bunsuz, Ukrayna ətrafında vəziyyət həll olunmayacaq.
Bundan əvvəl ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirmişdi ki, Vaşinqton Moskva ilə danışıqlar məsələsində Kiyevə təzyiq etmir. Onun sözlərinə görə, Amerika tərəfi yalnız Ukrayna rəhbərliyinə məsləhət verir və ona dəstək verir.
Gundelik-Baku.Org