Zelenski və Almaniya Prezidenti telefonla danışdı

Zelenski və Almaniya Prezidenti telefonla danışdı
Almaniya Prezidenti Fran Valter-Ştaynmayer və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə Prezident Zelenski "Twitter"də bildirib.
Almaniyalı həmkarı ilə telefon danışığının substantiv və məhsuldar olduğunu deyən Ukrayna dövlət başçısı ölkəsinə tədarük ounacaq IRIS hava hücumundan müdafiə sistemi üçün Almaniyaya təşəkkür edib.
"Biz tez bir zamanda Ukrayna üzərində hava qalxanı yerləşdirməliyik! Almaniya Rusiyanın raket terrorunun nəticələrini aradan qaldırmağa bizə kömək edəcək.Biz həmçinin Almaniya Prezidentinin Ukraynaya səfərinə hazırlaşırıq", - Zelenski bildirib.
Gundelik-Baku.Org