"Belarus müharibəyə görə məsuliyyət daşıyır" - Litvan prezidenti

"Belarus müharibəyə görə məsuliyyət daşıyır" - Litvan prezidenti
"Belarus Ukrayna ilə müharibədə tam iştirak edir, ona görə də Rusiya ilə eyni dərəcədə məsuliyyət daşımalıdır". 
Bunu Litva prezidenti Gitanas Nauseda deyib.  
"Biz Belarusda səfərbər edilmiş hərbçilərin bir hissəsinin Belarus ərazisindən keçməklə Ukraynaya döyüşmək üçün göndərildiyini və ya göndərmək niyyətində olduğunu sübut edən hərəkətləri görürük. Bu, Belarusun bu müharibədə tam iştirakına aydın sübutdur. Yəni o, bu müharibənin nəticələrinə görə Rusiya kimi məsuliyyət daşıyacaq”, - Nauseda bildirib.
Gundelik-Baku.Org