Mask açıqladı: Ukraynada “Starlink” peyklərinin istismarı üçün Pentaqondan pul alır? - FOTO

Mask açıqladı: Ukraynada “Starlink” peyklərinin istismarı üçün Pentaqondan pul alır? - FOTO
Amerikalı sahibkar İlon Mask Ukraynada “Starlink” peyklərinin istismarı üçün Pentaqondan pul almır.
Bu barədə “SpaceX”in qurucusu özünün “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, Ukraynada 25 000 “Starlink” terminalından təxminən 11 000-nin işi bəzi ölkələr, şirkətlər və fiziki şəxslər tərəfindən ödənilir.
“ABŞ Müdafiə Nazirliyindən pul yoxdur, lakin bir sıra digər ölkələr, təşkilatlar və şəxslər 25.000 terminaldan təxminən 11.000-nin xərcini ödəyirlər. “SpaceX” ödənilməmiş xidmətlər və artan təhlükəsizlik ilə bağlı kiberhərbi müdafiə tədbirlərinə görə ayda təxminən 20 milyon dollar itirir, lakin biz bunu davam etdirəcəyik”, - deyə biznesmen yazıb.
Qeyd edək ki, Mask bundan əvvəl Ukraynadakı “Starlink” terminallarının işinin maliyyələşdirilməsi xahişi ilə ABŞ Müdafiə Nazirliyinə müraciət etdiyini, lakin sonradan müraciətini geri götürdüyünü bildirib.


 
Gundelik-Baku.Org