Əsrin ən gənc qolçusu

Əsrin ən gənc qolçusu
İtaliya A seriyasının XIV turunda “Latsio” “Monza”nı 1:0 hesabı ilə məğlub edib.
Apasport.az saytının məlumatına görə, qarşılaşma yeganə qolun müəllifi Luka Romero üçün əlamətdar olub.
Argentinalı 17 yaş 11 ay 23 günlüyündə fərqlənməyi bacarıb. Bununla Romero XXI əsrdə “Latsio”nun ən gənc qol vuran futbolçusuna çevrilib. Bütün dövrlərin klub rekordu isə 16 yaş 2 ay 19 günlüyündə “Yuventus”a qarşı liqa matçında qol vuran Fulvio Bernardiniyə məxsusdur.
Qeyd edək ki, “Latsio” 30 xalla A seriyasının 2-ci pilləsində qərarlaşır.
Gundelik-Baku.Org