Zelenski keçmiş Baş nazirin sinif yoldaşını Milli Banka rəhbər təyin etdi

Zelenski keçmiş Baş nazirin sinif yoldaşını Milli Banka rəhbər təyin etdi
Ukrayna prezidenti Volodimir Zelenski ölkə Milli Bankına (MBU) yeni rəhbər təyin edib.
Ukrayna lideri təklifi təsdiqləməsi üçün layihəni Radaya təqdim edib.
O, bu vəzifəyə ölkənin keçmiş Baş naziri Arseni Yatsenyukun sinif yoldaşı Andrey Pişninin namizədliyini irəli sürüb. 
Bundan əvvəl Ukrayna Milli Bankının əvvəlki rəhbəri Kirill Şevçenko istefa vermişdi. 
Gundelik-Baku.Org