Ukrayna Milli Bankının istefa verən rəhbəri ölkədən getdi - YENİLƏNİB

Ukrayna Milli Bankının istefa verən rəhbəri ölkədən getdi - YENİLƏNİB
"Ukrgasbank"ın vəsaitlərini mənimsəməkdə şübhəli bilinən Ukrayna Milli Bankının (MBU) rəhbəri Kirill Şevçenko ölkəni tərk edib. 
Bu barədə Ukrayna hüquq-mühafizə orqanlarının məlumatında qeyd olunub. 
Bildirilib ki, Şevçenko bir neçə həftədir ki, xaricdə olub. Onun Ukraynaya nə vaxt qayıdacağı məlum deyil. Cinayət işinin istintaqı çərçivəsində korrupsiyaya qarşı mübarizə orqanları Şevçenkonun yaşadığı yerdə də daxil olmaqla, bir sıra axtarışlar aparıb. Şevçenko 5,5 milyon dollardan çox çox itkilərə səbəb olmaqda şübhəli bilinir. 
xxx
18:12
Ukrayna prezidenti Volodimir Zelenski ölkə Milli Bankına (MBU) yeni rəhbər təyin edib.
Ukrayna lideri təklifi təsdiqləməsi üçün layihəni Radaya təqdim edib.
O, bu vəzifəyə ölkənin keçmiş Baş naziri Arseni Yatsenyukun sinif yoldaşı Andrey Pişninin namizədliyini irəli sürüb. 
Bundan əvvəl Ukrayna Milli Bankının əvvəlki rəhbəri Kirill Şevçenko istefa vermişdi. 
Gundelik-Baku.Org