Özbəkistan Rusiya ilə qaz ittifaqından imtina etdi

Özbəkistan Rusiya ilə qaz ittifaqından imtina etdi
Özbəkistan Vladimir Putinin təklif etdiyi “qaz ittifaqı”na qoşulmaqdan imtina edib. 
"Caliber" xəbər verir  ki, bu  barədə  ölkənin baş nazirinin müavini və energetika naziri Jorabek Mirzamaxmudov məlumat yayıb. 
O,  qeyd edib ki, Moskva və Daşkənd Rusiya qazının qonşu Qazaxıstan vasitəsilə tədarükü ilə bağlı danışıqlar aparır, lakin “bu, texniki müqavilə olacaq”:
“Başqa ölkələrdən qaz idxal edərkən biz onlarla yalnız kommersiya müqavilələri əsasında əməkdaşlıq edirik. Biz heç vaxt qaz müqabilində siyasi şərtlərlə razılaşmayacağıq”.
Gundelik-Baku.Org