"Bakı-İrəvan sülhü imzalansa, Türkiyə sərhəddi açacaq" - Diplomat

"Bakı-İrəvan sülhü imzalansa, Türkiyə sərhəddi açacaq" - Diplomat
Türkiyə ilə Ermənistan arasında aparılan danışıqların təfərrüatlarını dəyərləndirən diplomatik mənbələr prosesin müsbət keçdiyini vurğulayıb. 
Bəyanatda bildirilən məlumata görə, sərhədlərin açılması üçün diqqət Bakı-İrəvan sülhünə yönəlib. 
"Sülh müqaviləsi imzalansa, bu vəziyyət bütün bölgədə nəzərə çarpacaq dərəcədə təsir göstərəcək", - türkiyəli nümayəndə bildirib. 
Normallaşma prosesinin xüsusi nümayəndələri səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında iyulun 1-də keçirilən görüşlərdə qəbul edilən qərarların yerinə yetirilməsinə töhfə vermək üçün Ekspertlər Komitəsinin yaxın vaxtlarda toplanacağı qeyd olunub. Digər tərəfdən, xüsusi nümayəndələr arasında növbəti görüşün Türkiyədə keçirilməsi gözlənilir.
Gundelik-Baku.Org