"Bu, sülh sazişinin əsasını təşkil edəcək" - Ceyhun Bayramov

"Bu, sülh sazişinin əsasını təşkil edəcək" - Ceyhun Bayramov
Praqa bəyanatı İrəvanla Bakı arasında sülh sazişinin əsasını təşkil edəcək. 
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Astanada rusiyalı və erməni həmkarları ilə görüşdən sonra bildirib.
Bayramov əlavə edib ki, oktyabrın 2-də Cenevrədə Bakı sülh müqaviləsinin əsas bəndlərini İrəvana verib və hazırda Ermənistan tərəfdən cavab gözləyir. 
XİN rəhbəri qeyd edib ki, bu ilin fevralında sülh müqaviləsinin fundamental prinsipləri təqdim olunub. Praqa görüşündən sonra Bakı və İrəvanın qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünün tanınması bəyannaməsini qəbul etməsi sülh müqaviləsinin əsasını təşkil edəcək.  
Gundelik-Baku.Org