Aİ Azərbaycan və Ermənistan sərhədinə missiya yerləşdirməyə başladı

Aİ Azərbaycan və Ermənistan sərhədinə missiya yerləşdirməyə başladı
Aİ Ermənistan və Azərbaycan sərhədində vəziyyətə nəzarət etmək üçün missiya yerləşdirməyə başlayıb. 
Bunu Avropa İttifaqı diplomatiyasının rəhbəri Cozep Borrell bildirib. 
O, həmçinin oktyabrın 17-də Aİ xarici işlər nazirlərinin görüşündə qəbul edilən bu missiyanın qərarı barədə Avropa liderlərini məlumatlandırmağı planlaşdırdığını deyib. 
Daha əvvəl bildirilib ki, onlar iki dövlətin sərhədinə 40 müşahidəçinin göndərilməsinə razılıq veriblər.
Qeyd olunub ki, missiya bölgədə sülh və təhlükəsizliyin bərpasına kömək etmək, etimadın yaradılması və iki dövlət arasında beynəlxalq sərhədin delimitasiyasına yönələcək.
Gundelik-Baku.Org