Ərdoğan Putin və Zelenski ilə danışıqlar aparacaq

Ərdoğan Putin və Zelenski ilə danışıqlar aparacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları ilə telefon danışığı aparacaq.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat yayıb.
Türkiyəli diplomat bildirib ki, Türkiyə dövlət başçısı Vladimir Putin və Volodimir Zelenski ilə taxıl dəhlizini müzakirə edəcək.
“Prezidentimiz məsələ ilə şəxsən maraqlanır və biz bu məsələni həll edə biləcəyimizə inanırıq”, – M.Çavuşoğlu vurğulayıb.
O əlavə edib ki, “Taxıl müqaviləsi” bütün bəşəriyyətin taleyinə təsir edir və bu məsələni müharibədən ayırmaq lazımdır.
Mənbə: TASS
Gundelik-Baku.Org