Paşinyan sabah İrana gedəcək

Paşinyan sabah İrana gedəcək
Ermənistan Baş naziri Nikol Paşinyan sabah İrana səfər edəcək.
Səfər zamanı Paşinyanın Səadabad mədəni-tarixi kompleksində İran Prezidenti İbrahim Rəisi tərəfindən rəsmi qarşılanması olacaq.
Ermənistan və İran liderlərinin danışıqlarından sonra yüksək səviyyəli nümayəndə heyətlərinin birgə görüşü keçiriləcək.
Səfər zamanı Tehran və İrəvan arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.
Gundelik-Baku.Org