"Rusiyanın təklifi Ermənistan üçün uyğundur" - Paşinyan

"Rusiyanın təklifi Ermənistan üçün uyğundur" - Paşinyan
Ermənistan üçün Dağlıq Qarabağ məsələsində İrəvan və Bakı arasında münaqişənin həlli üçün Rusiyanın təklif etdiyi yanaşmalar məqbuldur.
Bunu Ermçənistanın Baş naziri Nikol Paşinyan Soçidə Rusiya prezidenti Vladimir Putinlə danışıqları zamanı deyib.
"Bir daha qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağla bağlı Rusiya tərəfindən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlətlərarası münasibətlərin qurulmasının əsas prinsipləri və parametrləri layihəsinin təklif etdiyi yanaşmalar bizim üçün məqbuldur", - Paşinyan bildirib.
O, həmçinin ümid edib ki, üçtərəfli görüşün nəticələrinə görə Moskva yekun bəyanatda bu prinsiplərə istinad etmək qərarına dəstək verəcək.
Gundelik-Baku.Org