Paşinyanın mühafizəçiləri QƏZAYA DÜŞDÜ

Paşinyanın mühafizəçiləri QƏZAYA DÜŞDÜ
İrəvanda gecə saatlarında avtomobil qəzası baş verib.
Erməni KİV xəbər verir ki, 24 yaşlı Ruşan Tadevosyan idarə etdiyi “Mitsubishi” markalı avtomobillə Myasnikyan prospektində hərəkət zolağından çıxaraq beton maneəyə çırpılıb.
Hadisə nəticəsində sərnişin 31 yaşlı Qarik Hovsepyan xəsarət alıb.  O qısa zamanda xəstəxanaya yerləşdirilib.  
Bundan əlavə,  bir neçə gün əvvəl də 22 yaşlı Stepan Yeqiazaryan adlı şəxsin  idarə etdiyi “BMW” markalı avtomobil qəzaya düşüb. 
Məlumata görə, R.Tadevosyan və S. Yeqiazaryan Ermənistan Baş naziri Nikol Paşinyanın təhlükəsizlik xidmətində çalışırlar.
Gundelik-Baku.Org