Zaporojye AES-də enerji kəsilib

Zaporojye AES-də enerji kəsilib
Zaporojye Atom Elektrik Stansiyasına (AES) xarici mənbədən verilən elektrik enerjisi kəsilib.
Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi "Twitter"də məlumat paylaşıb.  
“Zaporojye AES-dəki komandamız bu gün səhər mənə məlumat verdi ki, 5 gün ərzində ikinci dəfə stansiyaya xarici mənbədən enerji kəsilib. Onun ehtiyat dizel generatorları indi nüvə təhlükəsizliyi və təhlükəsizlik funksiyaları üçün elektrik enerjisi təmin edir”, - AEBA-nın baş direktoru deyib.
Gundelik-Baku.Org