Xaçmazda yanğın qaz xəttini zədələdi, 21 kənddə qaz kəsildi

Xaçmazda yanğın qaz xəttini zədələdi, 21 kənddə qaz kəsildi
Bu gün Xaçmaz rayonunun 21 kəndinin təbii qazla təchizatında fasilə yaranıb.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, “Xaçmaz" Qaz Paylayıcı Şəbəkəsindən qidalanan və Qaradağlı kəndinin ərazisində keçən 315 mm-lik orta təzyiqli qaz xəttinin ətrafında məişət tullantılarının yandırılması nəticəsində qaz xətti zədələnib. Bu səbəbdən 4 500 abonentin qaz təchizatı kəsilib. Artıq təmir işlərinə başlanılıb. İşlər sona çatdıqdan sonra qazın verilişi bərpa olunacaq.
Gundelik-Baku.Org