Ukraynanın işğal edilmiş ərazilərinin rəhbərləri Moskvada

Ukraynanın işğal edilmiş ərazilərinin rəhbərləri Moskvada
Rusiya prezidenti Vladimir Putin Xerson və Zaporojye vilayətlərinin müstəqil ərazilər kimi tanınması haqqında fərmanlar imzalayıb. İndi Kreml DXR, LPR, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasının tərkibinə daxil olmasına dair müqavilələr imzalamalıdır.
Bu barədə "Gazeta.ru" məlumat yayıb. 
Bildirilir ki,  yuxarıda adı keçən ərazilərin rəhbərləri - Denis Puşilin, Leonid Paseçnik, Yevgeni Balitski və Vladimir Saldo Putinlə görüşmək üçün Moskvaya gəliblər.
Mərasim Kremlin Georgiyevski zalında saat 15.00-da (Moskva vaxt ilə) başlayacaq. 
Gundelik-Baku.Org