Bakı-Sumqayıt qatarı, Bakı metrosu kimi...

Bakı-Sumqayıt qatarı, Bakı metrosu kimi...
Dünən sosial şəbəkələrdə Sumqayıt-Bakı elektrik qatarında  çox sayda insan tutumunu əks etdirən foto paylaşılıb.
İzləyicilər sərnişin sıxlığına səbəb kimi qatar reyslərinin az olması ilə əlaqələndiriblər. 
Məsələ ilə əlaqədar Yenisabah.az-a Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirilib ki, qeyd olunan sərnişin sıxlığı problemi ilə əlaqədar gələn il üçün gələcəkdə yeni qatarlar gətiriləcək:
“Bu istiqamət üzrə qatarlar mövcud qatar parkının sayına uğun olaraq ən qısa intervalla işləyir. Qatarlarda sərnişin sıxlığı əsasən səhər və axşam saatlarında müşahidə edilir. Sərnişin sıxlığı nəzərə alınaraq, gələcəkdə yeni elektrik qatarlarının ölkəyə gətirilməsi istiqamətində işlər görülür. 
Hazırda isə "Azərbaycan Dəmir Yolları" QSC-nin mövcud qatar parkında 9 ədəd elektrik qatarı mövcuddur. Bunlardan 1-i Bakı-Gəncə istiqamətində, 7-si Bakı-Sumqayıt istiqamətində  hərəkətdədir. 1 qatar isə ehtiyat  qatar kimi saxlanılır və texniki baxışa göndərilən qatarın əvəzinə xəttə buraxılır".
Gundelik-Baku.Org