Türkiyə Rusiyaya qarşı çıxdı: “Tanımırıq!”

Türkiyə Rusiyaya qarşı çıxdı: “Tanımırıq!”
“Ankara Donetsk və Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiya Federasiyasına birləşməsini tanımır”.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bu qərar beynəlxalq hüququn müəyyən edilmiş norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır və tərəfimizdən qəbul edilə bilməz.
Türkiyə Xarici İşlər Nazirliyi münaqişənin həllinə və danışıqlar yolu ilə sülhə nail olmaq səylərinə dəstəyini bir daha təsdiqləyib", - Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Xatırladaq ki, sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putinlə Donetsk, Luqansk, eləcə də Zaporojya və Xerson vilayətlərinin “rəhbərləri” Rusiyaya birləşmə haqqında saziş imzalayıblar.
Gundelik-Baku.Org