Zelenskidən xalqa müraciət: "Sığınacaqlarda qalın..." - Video

Zelenskidən xalqa müraciət: "Sığınacaqlarda qalın..." - Video
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin vilayətlərinin hava hücumuna məruz qalmasından sonra xalqa müraciət edib.
O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Biz terrorçularla mübarizə aparırıq. Onlarla raket, "İran şəhidləri". Onların iki hədəfi var.
Enerji obyektləri - bütün ölkə üzrə. Kiyev, Xmelnitsi bölgəsi, Lvov, Dnepr, Vinnitsa, Frankiv bölgəsi, Zaporojye, Sumı, Xarkov, Jitomir rayonu, Kirovoqradşina, cənub. Onlar çaxnaşma və xaos istəyir, enerji sistemimizi məhv etmək istəyirlər. Onlar ümidsizdirlər.
İkinci hədəf - insanlardır. Mümkün qədər çox ziyan vurmaq üçün belə bir vaxt və belə hədəflər xüsusi seçilib.
Bu gün sığınacaqlarda qalın. Həmişə təhlükəsizlik qaydalarına əməl edin.
Və həmişə xatırlayın: Ukrayna bu düşmən ortaya çıxana qədər də mövcud idi, ondan sonra da mövcud olacaq”, - paylaşımda bildirilib.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Ukraynanın bir neçə vilayəti hava hücumuna məruz qalıb. Ölən və yaralananların olduğu bildirilir. 
Gundelik-Baku.Org