İşıqlar söndü: Bakı-Sumqayıt yolunda hərəkət iflic oldu

İşıqlar söndü: Bakı-Sumqayıt yolunda hərəkət iflic oldu
Bu gün səhər saatlarından etibarən Masazır qəsəbəsində elektrik enerjisinin verilməsi dayandırılıb.
Nəticədə Masazır dairəsindəki işıqforlar işləməyib.
Belə olan halda avtomobillərin hərəkətində də maneələr yaranıb. Bakı-Sumqayıt və Masazır - Xırdalan istiqamətdə kilometrlərlə tıxac yaranıb. Tıxacın hələ də davam etdiyi bildirilir.
Elektrik enerjisinin qəsəbəyə nə vaxt veriləcəyi isə məlum deyil.
Gundelik-Baku.Org