Kanadada qasırğa beş insanın həyatına son qoydu: Əhaliyə xəbərdarlıq edildi - FOTO

Kanadada qasırğa beş insanın həyatına son qoydu: Əhaliyə xəbərdarlıq edildi - FOTO
“Fiona” qasırğası bu gün səhər saatlarında Kanadada beş nəfərin həyatına son qoyub.
Qasırğa Kanadanın Atlantik okeanı sahillərində fəsadlar törədib. Nəticədə minlərlə ev su altında qalıb, milyonlarla abonentin elektrik enerjisi kəsilib.
Əhaliyə sahil zolağından uzaq durmaq barədə xəbərdarlıq edilib, kanadalı meteoroloqlar sözügedən qasırğanın ölkə tarixindəki ən böyük qasırğa ola biləcəyini qeyd ediblər.
Kanadadan əvvəl Puerto-Riko və Dominikan Respublikasını cənginə alan qasırğa dağıntılara və insan itkilərinə səbəb olub.
Gundelik-Baku.Org