Türkiyədə 25 nəfər qaz sızmasından zəhərləndi

Türkiyədə 25 nəfər qaz sızmasından zəhərləndi
Ankaranın Altındağ rayonunda 25 nəfər qaz sızması nəticəsində zəhərlənib. 
Hadisə Vergi Nəzarət Şurasının bufetində baş verib. İşçilərin huşunu itirməsindən sonra əraziyə çox sayda sağlamlıq qrupları cəlb olunub. 
Huşunu itirənlər təcili tibbi yardım maşınları ilə ətraf xəstəxanalara çatdırılıb və onlara tibbi yardım göstərilib.
Ehtiyat tədbiri olaraq bina boşaldılıb.
Araşdırmalar nəticəsində təbii qaz qurğusunda sızma aşkar edilib.
Gundelik-Baku.Org