Fabrikdə 100-ə yaxın işçi axşam yeməyində zəhərləndi

Fabrikdə 100-ə yaxın işçi axşam yeməyində zəhərləndi
Türkiyədə fabrikdə işçilər yeməkdən zəhərlənib.
Yerli media xəbər verir ki, hadisə Kocaeli şəhərində yerləşən tekstil məhsulları istehsal edən fabrikdə olub.
Axşam növbəsindəki işçilər yeməkdən sonra zəhərlənib.
Ürəkbulanma, qusma kimi şikayətləri olan 94 işçi təcili tibbi yardım maşınları və fabrikin xidməti maşınları ilə ətraf xəstəxanalara aparılıb.
Qida zəhərlənməsi diaqnozu ilə müalicə alan işçilərin əksəriyyətinin səhhətinin yaxşı olduğu bildrilib.
 
Gundelik-Baku.Org