Şirvanşahlar sarayının girişində turist yıxıldı, təcili yardım gecikdi - İDDİA - AÇIQLAMA

Şirvanşahlar sarayının girişində turist yıxıldı, təcili yardım gecikdi - İDDİA - AÇIQLAMA
Şirvanşahlar sarayının girişində yıxılan turistə təcili tibbi yardım maşınının gec gəldiyi iddia edilib.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, Cənubi Koreyadan olan turist Şirvanşahlar sarayının girişində yıxılıb və ayağı zədələnib. Təcili yardım çağırılsa da, hadisə yerinə çox gec çatıb və operator kobud cavab verib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən xarici vətəndaşa dair çağırış Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ötən gün 16:33 radələrində daxil olub:
“Çağırış 16:37-də operator tərəfindən briqadaya ötürülüb. Təcili tibbi yardım briqadası saat 16:58-də ünvana çatıb. Zəruri tibbi yardım göstərildikdən sonra şəxsin ixtisaslaşmış tibb müəssisəsinə təxliyəsi və hospitalizasiyası təmin olunub. Çağırışla bağlı səs yazısında operator tərəfindən hər hansı etik və ünsiyyət qaydalarının pozulması halına isə rast gəlinməyib”.
Gundelik-Baku.Org