Yaponiyada 20 uşaq kükürddən zəhərlənib

Yaponiyada 20 uşaq kükürddən zəhərlənib
Osaka ştatının Toyonaka şəhərindəki ibtidai məktəbdə kükürd kimi qoxu yayılıb. Yerli vaxtla saat 09:00 radələrində baş verən hadisədən sonra məktəbə çoxlu yanğınsöndürən və təcili yardım maşınları gəlib. Sağlamlıq qrupları 7-11 yaşları arasında olan 20 uşağı özlərini yaxşı hiss etmədikləri səbəbiylə xəstəxanaya sövq edib. Yanğınsöndürənlərin qaz detektorları ilə kükürd kimi qoxunun mənbəyini tapmaq üçün apardıqları araşdırmalarda hər hansı anormallıq aşkar edilməyib. Məktəbdə araşdırmalar davam edir.
Gundelik-Baku.Org