Siyəzəndəki qəzada 10 qadın xəsarət alıb - TƏBİB

Siyəzəndəki qəzada 10 qadın xəsarət alıb - TƏBİB
Siyəzəndə baş verən yol qəzası ilə əlaqədar Siyəzən Müalicə Diaqnostika Mərkəzinin təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.
TƏBİB-dən verilən məumata görə, hadisə nəticəsində xəsarət alan 10 qadın saat 08:40 radələrində tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib.
“Onların hər biri zəruri müayinələrdən keçirilib. Pasiyentlərdən 8-nin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb. Digər xəstələrin müalicəsinə tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam edilir”, - məlumatda qeyd olunub.
Gundelik-Baku.Org