Toyda kütləvi zəhərlənmə: 107 nəfər xəstəxanaya yerləşdirildı

Toyda kütləvi zəhərlənmə: 107 nəfər xəstəxanaya yerləşdirildı
Toyda mərasimidə şadlıq evində baş verən qaz sızması nəticəsində 107 nəfər xəstəxanaya yerləşdirlib.

Hadisə ötən gün axşam saatlarında Kastamonun Devrekani rayonundakı şadlıq sarayında baş verib. Əldə edilən məlumata görə, toy mərasiminə qatılan qonaqlar şadlıq sarayında boru istilik sistemində qaz sızması səbəbindən bir müddət sonra xəstələniblər.

Qazın havalandırma sistemindən keçməsi nəticəsində toyda iştirak edən 107 nəfər huşunu itirmə, halsızlıq, başgicəllənmə, ürəkbulanma kimi şikayətlərlə Xəstəxanaya müraciət edib.
Müraciət edən körpə və uşaqların da olduğu 107 nəfərdən 106-nəfərin müalicəsi başa çatıb və evə buraxılıb. Vəziyyəti ağır olan bir nəfər isə Ankara Şəhər Xəstəxanasına göndərilib./olke



Gundelik-Baku.Org