İran ordusu hərbi təlimlərə başlayır

İran ordusu hərbi təlimlərə başlayır
İran İslam Respublikası Ordusu "Zülfiqar 1401" birgə təliminə bu gecə başlayacaq. 
Bu barədə təlimin komandanı admiral Həbibullah Sayari mətbuat konfransında deyib.
Təlimlər Hörmüz boğazının şərqindən Madərə qədər, Hind okeanının şimalından Cask bölgəsinə qədər əraziləri əhatə edəcək. 
İllik təqvimdə döyüş gücünün təkmilləşdirilməsi üzrə praktiki təlimin tərkib hissəsi kimi nəzərdə tutulan bu təlimdə piyada, quru qoşunlarının zirehli, mexanikləşdirilmiş hissələrinin, hava hücumundan müdafiə sistemlərinin bir hissəsi iştirak edir. 
Əmir admiral Siari regionda sabitliyin bərqərar olması üçün regiondankənar ölkələrin, xüsusən də ABŞ və İngiltərənin geri çəkilməsini zəruri hesab edib və bunu bölgəyə sülh və sabitliyin qaytarılması adlandırıb.
Gundelik-Baku.Org