Ekspert İranla sərhəddəki təlimlərin əhəmiyyətindən DANIŞDI

Ekspert İranla sərhəddəki təlimlərin əhəmiyyətindən DANIŞDI
"Bu təlimlər birmənalı olaraq Azərbaycan və Trükiyə arasında mövcud münasibətlərin səviyyəsini nümayiş etdirir".
Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, ilk dəfədir ki, Azərbaycan molla rejiminin təxribatlarına cavab olaraq İranla sərhəddə ikitərəfli və genişmiqyaslı təlimlər keçirir:
"Azərbaycan Ordusu təlimlərdə çox sayda aviasiya vasitələri, tırtıllı, təkərli, özüyeriyən artilleriay qurğuları, reaktiv və qoşqulu artilleriya sistemləri, tank hissə və bölmələri, avtomatik minaatanlar, motoatıcı hissə və bölmələr, tank əleyhinə reaktiv sistemlər və s. müasir texnikalar nümayiş etdirir. Biz təlimlərdə mühəndis qoşunlarının, artilleriya qoşunlarının, Xüsusi Təyinatlı Qüvvələrin, Hərbi Hava Qüvvələrinin və Quru Qoşunlarının Türkiyə ordusunun şəxsi heyətilə qarşılıqlı əlaqədə mövcud olan təhdidlərin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətimizin ərazidə həyata keçirilməsini nümayiş etdirdik. Təlimdə çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması eyni zamanda rəmiz məna daşıyır".
Qeyd edək ki, Azərbaycan-Türkiyə birgə hərbi təlimi keçirilir.Təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. Təlimdə çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif  tapşırıqlar icra edilir.
Gundelik-Baku.Org