Qırğızıstan Tacikistanda KTMT-nin təlimlərində iştirakdan imtina etdi

Qırğızıstan Tacikistanda KTMT-nin təlimlərində iştirakdan imtina etdi
Oktyabrın 11-də Tacikistan ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının "Sərhəd-2022" adlı birgə təlimi başlayıb. Təşkilat üzvlərindən biri - Qırğızıstan təlimdə iştirak etmir.
Bu gün KirTAG dövlət agentliyi bildirib ki, Qırğızıstan hərbçiləri Tacikistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birgə təlimlərində iştirak etməyəcək. Qeyd olunur ki, qurumda təfərrüatları açıqlamayıblar, lakin faktı təsdiqləyiblər.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 2002-ci ildə yaradılıb. Təşkilata Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir.
İndiki təlimin mövzusu: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü olan dövlətin ərazisinə hücum edən qanunsuz silahlı formalaşmanın məhv edilməsi üzrə Mərkəzi Asiya regionu kollektiv çevik qüvvələrinin  döyüş əməliyyatlarının hazırlanması və aparılması”.
Harbimaydon poliqonunda başlayan təlimlərdə təşkilata üzv ölkələrin xüsusi təyinatlı qüvvələri iştirak edir. Təlimin aktiv mərhələsi oktyabrın 17-dən 21-dək keçiriləcək.
Gundelik-Baku.Org