Rusiyanın müharibədəki canlı qüvvə itkisi 70 minə yaxınlaşır

Rusiyanın müharibədəki canlı qüvvə itkisi 70 minə yaxınlaşır
Ukrayna müharibənin 247-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya indiyə qədər 69 700 hərbçi, 2 640 ədəd tank, 5 378 ədəd zirehli döyüş maşını, 1698 ədəd artilleriya sistemi, 379 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 192 hava hücumundan müdafiə sistemi, 272 ədəd hərbi təyyarə, 251 ədəd helikopter, 4088 ədəd avtomobil texnikası, 1401 ədəd PUA, 351 qanadlı raket, 16 gəmi/qayıq, 151 xüsusi avadanlıq itirib.
Gundelik-Baku.Org