"ABŞ-ın mövcudluğu sabitliyin yaradılmasına kömək etmir" - Rəisi

"ABŞ-ın mövcudluğu sabitliyin yaradılmasına kömək etmir" - Rəisi
ABŞ-ın Yaxın Şərqi tərk etməsi regionda təhlükəsizliyin bərqərar olmasına əhəmiyyətli töhfə verə bilər.
İRNA xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi İraqın baş naziri Məhəmməd əl-Sudanla birgə mətbuat konfransında deyib.
“Təhlükəsizlik, sabitlik və sülh regionun rəhbərliyi və hüquqi qüvvələri tərəfindən bərqərar edilməlidir”, - Raisi bildirib.
Onun sözlərinə görə, ABŞ-ın Əfqanıstan və İraqda olması həmin ölkələrdə təhlükəsizliyin yaradılmasına kömək etməyib. Bundan başqa, İran prezidentinin fikrincə, onların mövcudluğu regionun digər ölkələrində də sabitliyin bərqərar olmasına kömək etmir.
Gundelik-Baku.Org