Dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinə yenidən baxılmalıdır- DEPUTAT

Dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinə yenidən baxılmalıdır- DEPUTAT
Gələn ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərinə yenidən baxılmalıdır. Bunu Milli Məclisin "2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi  zamanı deputat  Elman Nəsirov deyib.

"Ermənistan növbəti il təhlükəsizlik üçün xərclərinə 1 milyardan çox pul ayırır, bu da təxminən ötən ilki rəqəmlə müqayisədə 50 faiz artım deməkdir. Ermənistanın baş naziri açıqlama verərək bildirir ki, sülh müqaviləsi imzalamaq istəyirlər. Digər tərəfdən isə Hindistandan və İrandan silahlarlar tədarük edirlər. Bu o deməkdir ki, müharibə versiysı yenidən aktullaşa bilər. Biz bu il hərbi və təhlükəsizlik xərclərini 4.6 faiz artmışıq. Təklif edirəm ki, bu məsələyə yenidən baxılsın”, - deputat bildirib.

2023-cü ilin dövlət büdcəsindən hərbi və təhlükəsizlik xərcləri üçün 3 milyard 130 milyon dollar pul ayrılıb. Cari ildə bu vəsait 2.7 milyard olub.
Gundelik-Baku.Org