Deputat Cəlilabad kartofundan DANIŞDI

Deputat Cəlilabad kartofundan DANIŞDI
“Rusiya-Ukrayna müharibəsi nəticəsində ərzaq təhlükəsizliyi məsələləri son dərəcə kəskinləşib. Hətta, bəzi Yaxın Şərq və Afrika ölkələrində total aclığın ola biləcəyi ilə bağlı həyəcanlı siqnallar gəlməkdədir”.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.  Deputat vurğulayıb ki, məsələnin qəlizliyi ondadır ki, dünyada bir nömrəli buğda ixracatçısı olan Rusiya ilə təxminən ildə 32 milyon ton buğda ixrac edir. Dünyada 5-ci yerdə olan Ukrayna arasında, o da təxminən 18 milyon ton buğda ixrac edir, və onlar arasında müharibə getməkdədir. Təbii ki, bu ərzaq təhlükəsizliyi məsələləri bu gün dünyanın narahat edən ən qəliz məsələlər sırasındadır. 

Depuat əlavə edib ki, ikinci çörək sayılan kartof bazarında çox ciddi böhran yaşanmaqdadır. 

“Bu müharibə kontekstində kartof çatışmamazlığı hiss olunmaqdadır. Bu baxımdan bu sahənin inkişafı ölkəmiz üçün də çox önəmli məsələlərdən biridir. Təmsil etdiyim Cəlilabad rayonu da kartofçuluq sahəsində kifayət qədər ixtisaslaşıb və hər il sahibkarlar daha çox kartof və çiyələk əkini ilə məşğuldurlar. Bu sahədə Cəlilabadın xüsusi çəkisi var. Mən sahibkarlarla dəfələrlə görüşmüşəm, onları dinləmişəm. Qeyd edim ki, sahibkarların adətən əsas problemləri kartofun satışı ilə bağlı olur. Əsasən də, kartofun əsas satış bazarı kimi Rusiya götürülür”.

Millət vəkili vurğulayıb ki, Rusiyanın Ukraynada müharibə elan etməsi kimi məsələlər fonunda Rusiya bazarında da satış imkanlarında müəyyən çətinliklərin yaranması sahibkarların maddi imkanlarına ciddi təsir edib. 

“Hər halda onu qeyd edim ki, sahibkarlar yenə də hesab edirlər ki, hal-hazırki vəziyyətdə Rusiya bazarı ən məqbul bazardır. Əsasən də, bu bazar imkanlarından istifadə edib satışlarını həyata keçirirlər və müəyyən gəlirlər əldə edirlər”. 

E.Nəsirov əlavə edib ki, sahibkarlar əkinlik kartof alınması sahəsində çətinliklərlə üzləşməkdədirlər:

“Sahibkarlar xüsusilə  vurğulayırlar ki, bir çox hallarda əkin üçün gətirilmiş kartofu bəzən gömrük məntəqələrində ərzaqlıq kartofu kimi qəbul etmək istəyirlər. O cür sənədləşdirmək istəyirlər ki, o da bunların  narahatlıqları siyasındadır. Mən də bu məsələlərlə məşğulam və bu məsələləri qabartmaq istəyirəm. İstərdim ki, gömrük orqanları bu məsələyə həssas yanaşsınlar. Sahibkarların əkin üçün gətirdikləri kartofu ərzaq kartofu kimi qeydə almasınlar. Bu sahibkarların maraqlarına tamamilə ziddir. Hesab edirəm ki, belə davranış onların öz sahibkarlıq funksiyalarını həyata keçirməsi üçün əlavə əngəllər yaratmış olur”. 
Gundelik-Baku.Org