Xətai rayonundakı atışmada xəsarət alanlar özəl klinikaya köçürüldü - AÇIQLAMA

Xətai rayonundakı atışmada xəsarət alanlar özəl klinikaya köçürüldü - AÇIQLAMA
Bakının Xətai rayonunda baş verən atışma zamanı güllə yarası alan iki nəfər Sabunçu Tibb Mərkəzindən köçürülüb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Məlumatda bildirilir ki, xəsarət alanlar işlədikləri müəssisə tərəfindən özəl klinikaya yerləşdirilib.

Xatırladaq ki, martın 4-də Bakının Xətai rayonu ərazisindəki supermarketlərdən birində atışma olub. Binaya daxil olan iki nəfər orada "Unibank"ın inkassatorlarına atəş açıb. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib, iki nəfər isə ağır yaralanıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törədən şəxslərdən biri polisə silahlı müqavimət göstərdiyi üçün məhv edilib, digər şəxs isə saxlanaraq istintaqa təhvil verilib.
Gundelik-Baku.Org