Bakıda supermarketdə SİLAHLI ATIŞMA - Ölən və yaralanan var

Bakıda supermarketdə SİLAHLI ATIŞMA - Ölən və yaralanan var
Bu gün Bak şəhər Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən supermarketlərdən birində silahlı insident baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı iki nəfər güllələnib. Onlardan biri hadisə yerində vəfat edib. Digər şəxs isə yaralı halda xəstəxanaya aparılıb.
Ölən şəxsin banklardan birinin inkassatoru olduğu bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə barədə ətraflı məlumat veriləcək.
Gundelik-Baku.Org