TƏBİB yaralılara dair məlumat yaydı

TƏBİB yaralılara dair məlumat yaydı
Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində 1 nəfər ölüb və 2 nəfər yaralanıb.
TƏBİB baş verən hadisə ilə əlaqədar məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub. 
Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.
Hazırda onlara zəruri tibbi xidmət göstərilir. 
Gundelik-Baku.Org