Gürcüstanda silahlı insident: 5 ÖLÜ

Gürcüstanda silahlı insident: 5 ÖLÜ
Gürcüstanın Saqareco şəhərində silahlı atışma olub. 
Naməlum şəxs yaşadığı mənzilin eyvanından mülki vətəndaşlara atəş açıb. Hadisə nəticəsində biri polis əməkdaşı olmaqla 5 nəfər ölüb, 5 nəfər yaralanıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada, yaşadığı mənzilin eyvanından tapança ilə atəş açan şəxsin evinə polislər basqın edib. Açıqlamada təhlükəsizlik qüvvələrinin təcavüzkarın evinə əməliyyat keçirdiyi, şübhəlinin polisin gəlməmişdən əvvəl intihar etdiyi bildirilib.
Gundelik-Baku.Org