Ayaz suya düşən fotoqrafa aparat aldı

Ayaz suya düşən fotoqrafa aparat aldı
Müğənni Ayaz Babayev konsertində hovuza düşən fotoqraf Tariyel Hüseynova fotoaparat hədiyyə edib.
OLAY-ın məlumatına görə, ifaçı Hüseynovun yararsız hala düşən “Canon 5D”ni yenisi ilə əvəzləyib. Ayaz əvvəlki aparatdan ikiqat bahasını və yeni modelini alaraq ona bağışlayıb.
Qeyd edək ki, Ayazın “Dəniz Mall”da baş tutan konsertində T. Hüseynov səhnədəki hovuza yıxılmış, onu mühafizəçilər xilas etmişdi.

Gundelik-Baku.Org