“Dəniz Mall”da İNSİDENT: 18 yaşlı qızı döydülər

“Dəniz Mall”da İNSİDENT: 18 yaşlı qızı döydülər
Bakıda ticarət mərkəzlərinin birində insident yaşanıb.
Lent.az-ın məlumatına görə, hadisə Neftçilər prospektində yerləşən “Dəniz Mall” ticarət mərkəzində qeydə alınıb.
Bakı şəhər sakini, 18 yaşlı Pərişan Abdullayevanı naməlum qadın  döyüb. Hadisə ilə bağlı polisə məlumat verilib.
Faktla bağlı Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində araşdırma aparılır.
Gundelik-Baku.Org